Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: MİLLƏT VƏKİLİMİZ ::: Hörmətli seçicilərim! Əziz xankəndlilər! :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

Hörmətli seçicilərim!
Əziz xankəndlilər!

29.03.2012

Bildiyiniz kimi Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar.
İki əsrdən artıq müddətdə ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini hər bir azərbaycanlı öz üzərində hiss etmişdir. "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları illər boyu tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. XIX əsrdən başlayaraq ermənilər torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış, sonradan onlar tərəfindən azərbaycanlılar qədim ata-baba yurdlarından qovulmuş, soydaşlarımıza qarşı soyqırımı və deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Məhz bu baxımdan www.xankendi.az veb səhifəsinin öz saxtakarlıqlarından əl çəkməyən ermənilərin və Ermənistanın Azərbaycana qarşı bu gün də davam edən təcavüzünə faktlarla, sübutlarla layiqli cavab verəcəyinə inanıram. Qarabağ hadisələrinin, Xankəndi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, vilayət mərkəzinin işğala qədərki dövrü haqqında tam dolğun məlumatların toplanmasında, həmçinin xankəndlilərin bir-biriləri ilə bağlılıq tellərinin daha da möhkəmlənməsində bu veb səhifənin əvəzsiz rolu olacaqdır.
Əziz xankəndlilər, erməni separatçılarından ilk zərbəni alan azərbaycanlılar kimi, hər birinizi Qarabağımızın, Xankəndimizin haqq səsinin gələcək nəsillərə çatdırılmasında fəal olmağa çağırır və bu işdə Sizlərə uğurlar arzulayıram.

Hörmətlə,

Flora Qasımova