azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

Xankəndinin icra hakimiyyəti yaradılsın! – Təklif

17.12.2013

“Qafqazinfo”nun məlumatına görə ,millət vəkili qeyd edib ki, işğal olunmuş ərazilərimizlə bağlı içıq üzü görmüş bir sıra nəşrlərdə və həyata keçirilən layihələrdə bütün işğal olunmuş rayonların işğal tarixi göstirilsə də, Xankəndinin işğal tarixinin göstərilməməsi ciddi narahatlıq doğurur: "O Xankəndi ki, bizim əzəli torpağımız və böyük yaşayış mərkəzimiz olub. O Xankəndi ki, indi separatizm yuvasıdır. Ölkə başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqların mərkəzi olan Xankəndi və Şuşada dalğalanacaq. İşğal olunmuş digər rayonlar haqqında ölkə ictimiayyətinə geniş məlumat verilsə də, Xankəndi haqqında bu edilmir. Məndə belə təsəvvür yaranır ki, ictmiayyətdə Xankəndi haqqında çox az məlumat var".

F.Qasımova bildirib ki, ermənilər Xankəndinin adnı dəyişərək Stepanakert qoyub və onun 90 illik yubileyini qeyd edirlər. Ona görə də Azərbaycan tərəfi bununla bağlı ciddi addımlar atmalıdır: "Bəs biz niyə Xankəndinin adını unuduruq? Xankəndi 1991-ci ildən respublika tabeli şəhərdir. Onun ərazisi 8 min kvadrat metrdir. Biz Xankəndi, onun tabeliçiliyində olan yaşayış məntəqələri, əraziləri və digər vacib əhəmiyyətli məlumatları ictimaiyyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırmalıyıq. Lakin bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert olaraq tanınmamış respublikanın paytaxtı kimi dünyaya təqdim edirlər".

Deputat hesab edir ki, ola bilsin ki, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır: "Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndindən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndi icra strukruru yardılmalıdır ki, bu məsələlər öz kompleks həllini tapa bilsin". Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, “sizin fikirlərinizdə həqiqət var və ümid edirəm ki, bu təkilfləriniz gələcəkcə nəzərə alınacaq”.

Günel

Qafqazinfo.az