Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: MİLLƏT VƏKİLİMİZ ::: Abdulla Qədirov Xankəndi məktəbində anıldı... :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

Abdulla Qədirov Xankəndi məktəbində anıldı...

22.11.2014

Maarif fədaisi, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin ilk direktoru Abdulla Qədirovun xatirə gecəsi keçirilib.

Tədbirdə 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova, A.Qədirovun ailə üzvləri, deputat köməkçisi Səbuhi Səmədov, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, işğaldan öncə Xankəndində məktəb direktoru işləmiş Sabir Əliyev, jurnalist-araşdırmaçı Aydın Qarabağlı və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nazim Xudiyev açıb. İlk öncə Xankəndi məktəbinin dünənini və bu gününü özündə əks etdirən film nümayiş etdirildi. Daha sonra məktəbin şagirdləri Abdulla Qədirovun həyat və fəaliyəti haqqında kompozisiya ilə çıxış etdilər.

Deputat Flora Qasımova çıxışında Xankəndi məktəbinin yaranmasından, A.Qədirovun 1945-1959-cu illərdə məktəb direktoru kimi fəaliyyətindən söz açmış, şagirdlərə elmə yiyələnməyi, daima müəllim və valideynlərinin hörmətini saxlamağı tövsiyyə etmişdir.

Digər natiqlər də şagirdlər üçün məktəbdə yaradılan şəraitdən, təhsilin səviyyəsindən danışaraq tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.

Sonda məktəbin müəllim və şagird heyəti qonaqlarla birlikdə xatirə şəkli çəkdirmişdir.

Səbuhi GÜNDÜZ

Xankendi.az