Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: MİLLƏT VƏKİLİMİZ ::: 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovanın Azərbaycan Respublikası Milli Məclisinin 2 Fevral 2015-ci il tarixli iclasındakı çıxışının mətni :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovanın Azərbaycan Respublikası Milli Məclisinin 2 Fevral 2015-ci il tarixli iclasındakı çıxışının mətni

02.02.2015

Hörmətli Sədr!

Hörmətli Millət vəkilləri!

Əvvəla, Yaz sessiyasının başlanması münasibətilə Sizə işlərinizdə uğurlar arzu edirəm. 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə gənclərimizi təbrik edirəm. Arzu edirəm ki, onlar xalqına yararlı, dövlətinə sadiq əsl vətəndaş kimi yetişsinlər.

Hörmətli həmkarlar!

Biz Yanvar ayında “Qanlı Yanvarın” 25 illiyini qeyd etdik. Fevral ayında Xocalı soyqırımının 23 illiyi qeyd olunacaq. Beləcə ilin 2-3 ayını çıxmaqla demək olar ki, elə bir ay yoxdur ki, xalqımıza qarşı soyqırım, təcavüz, işğal faktı olmasın. Araşdıranda görürük ki, bütün bunların arxasında erməni izi və onları müdafiə edən dövlətlər durur. Çox maraqlıdır, bütün beynəlxalq qurumlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını və Azərbaycanın ərazi bütövlüyü faktını tanıyırlar. Bu gün Minsk qrupuna həmsədrlik edən dövlətlərin də səs verdikləri BMT-nin işğal barəsindəki 4 qətnaməsi kağız üzərində qalıb. Bizə tövsiyyə edirlər ki, bu münaqişəni yalnız sülh yolu ilə həll edək və təcavüzkarlara heç bir təzyiq göstərilmir. Görünür münaqişənin uzanması və yaxud alovlanması elə bu dövlətlərin də marağındadır. Məcburi köçkünlər 20 ildən artıqdır ki, bütün məşəqqətlərə dözərək münaqişənin ədalətli həllini gözləyirlər. Artıq səbrimiz tükənib. Mən də öz doğma elimə qayıtmaq, doğmalarımın qəbrini ziyarət etmək istəyirəm. Beynəlxalq təşkilatlara inamımız qalmayıb. Ümidimiz Ali Baş Komandana və Azərbaycan ordusunadır.

Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları işğal etdikləri torpaqlarda özlərini çox sərbəst, arxayın hiss edirlər. Belə olmasa idi Kəlbəcərdə olan vətəndaşlarımızdan birini öldürüb, digər ikisini girov götürərək “sərhəddi qanunsuz keçmək adı altında” üzərilərində qondarma məhkəmə qurub, Şuşa türməsində saxlamazdılar. Halbuki, Şuşa türməsində Sərkisyan, Köçəriyan, Ohanyan, Bako Saakyan kimi cinayətkarlar saxlanılmalıdır. Ermənistanın prezidenti Serj Sərkisyan o qədər azğınlaşıb ki, hərdən Azərbaycana da hədə qorxu gəlir. Sərkisyan rusun kölgəsində yatıb, elə bilir ki, öz kölgəsidir. Ancaq unudur ki, Azərbaycan nə 1918-ci ildəki, nə də 1990-cı illərdəki Azərbaycan deyil.

Azərbaycan ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Biz hər şeyə hazır olmalıyıq. Son zamanlar cəbhə bölgəsində erməni silahlılarının təxribatı nəticəsində əsgərlərimiz şəhid olurlar. Şəhid olanlara Allahdan rəhmət, onların ailələrinə isə səbr diləyirəm! Şəhid olanların valideynləri, övlad itkisi nə qədər ağır olsa da, övladlarının Vətən uğrunda şəhid olmaları ilə fəxr etdiklərini bildirirlər. Lakin onlar unutmasınlar ki, bu gənclər şəhid olana kimi onların övladları idi. İndi isə bütün xalqın övladlarıdır. Biz bu ailələrin problemlərinə həssaslıqla yanaşmalıyıq.

Hörmətli Oqtay müəllim!

Şəhid ailələri neçə müddətdir ki, biz deputatlara müraciət edərək qanunla onlara çatacaq dövlət icbari sığorta pullarını almaları üçün köməklik göstərməyimizi istəyirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun vaxtında icra olunmaması bu qanunun icrasına məsul olan müvafiq icra orqanlarının günahıdır.

Sizdən xahişim odur ki, Milli Məclisin sədri kimi səlahiyyətlərinizdən istifadə edərək tezliklə bu problemin həll olunması üçün öz köməkliyinizi əsirgəməyəsiniz.

Diqqətinizə görə sağ olun!

Xankendi.az