Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: MİLLƏT VƏKİLİMİZ ::: Deputat Flora Qasımova seçiciləri ilə görüş keçirib :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

Deputat Flora Qasımova seçiciləri ilə görüş keçirib

13.02.2015

122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Gəncədə və Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində seçiciləri ilə görüş keçirmişdir.

Gəncə şəhəri, Kəpəz rayonu Yeni qəsəbə - də keçirilən görüşdə Kərkicahan qəsəbə nümayəndəsi Dərgah Haqverdiyev və Kosalar kənd nümayəndəsi Şahid Rzayev də iştirak edib. Məcburi köçkünlərin problemləri ilə yaxından tanış olan deputat F.Qasımova onları narahat edən məsələləri mütəmadi olaraq diqqətdə saxladığını, həmçinin onlar tərəfindən irəli sürülən təklifləri aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirib.

Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin “2014-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr” haqqında hesabat iclasında iştirak edən deputat F.Qasımova çıxışında beynəlxalq qurumların Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətindən, dünyada gedən hazırki proseslərdən, məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində son illərdə görülən işlərdən danışıb. O, məcburi köçkünlərə ümidlərini itirməmələrini, Ali Baş Komandanın apardığı qətiyyətli siyasət nəticəsində doğma torpaqlara qayıdışın uzaqda olmadığını bildirərək bu istiqamətdə hamılıqla səy göstərilməli olduğunu vurğulayıb.

 

 

Hesabat iclasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, millət vəkilləri Flora Qasımova və Elman Məmmədov, İcra başçısının müavinləri Vahid Əliyev və Lamiyə Qarayeva və digər qonaqlar iştirak edib.

Xankendi.az

Foto: Orxan SƏMƏDOV