Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: ATƏT-in qəbul etdiyi sənədlər ::: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü İstanbul, 19 noyabr 1999-cu il :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

ATƏT-in qəbul etdiyi sənədlər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Zirvə görüşü
İstanbul, 19 noyabr 1999-cu il

İstanbul Zirvə görüşünün Bəyannaməsi

Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk qrupunun Həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Biz Ermənistan və Azərbaycan prezidentləri arasında aktivləşən dialoqu xüsusilə alqışlayırıq ki, onların müntəzəm görüşləri problemin möhkəm və hərtərəfli həllinin tapılması prosesinin dinamikası üçün imkan yaratmışdır. Biz qəti şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası ümidi ilə bu dialoqun davam etdirilməsinə çağırırıq. Biz həmçinin təsdiq edirik ki, ATƏT və məsələnin həllinin tapılması üçün ən münasib format olan ATƏT-in Minsk qrupu sülh prosesini və onun gələcəkdə həyata keçirilməsini, tərəfləri bütün zəruri köməklik ilə təmin etmək də daxil olmaqla, daha da irəlilətməyə hazırdır.
Biz bu il Yerevanda ATƏT-in ofisinin açılmasını və analoji ofisin Bakıda açılması qərarını alqışlayırıq. Bu addımlar ATƏT-ə bizim Ermənistan və Azərbaycanla olan əməkdaşlığımızı gücləndirmək imkanı verəcək.