azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

ATƏT-in qəbul etdiyi sənədlər

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 9-cu görüşü
Buxarest, 4 dekabr 2001-ci il

Nazirlər Şurasının Bəyanatları
QƏRAR № 2

Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk qrupunun həmsədrlərinin fəal köməyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilmədiyindən dərin təəssüf hissimizi bildiririk. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək.
Biz sülh dialoqunun davam etdirilməsinin vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə çağırırıq. Biz, həmçinin, tərəfləri hərbi əsirlərin azad edilməsi də daxil olmaqla, qarşılıqlı etibar və inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.
Biz tərəflərin atəşkəsə olan və məsələnin sülh yolu ilə və hərtərəfli nizamlanması öhdəliklərini alqışlayırıq. Biz tərəfləri həmsədrlərin fəal dəstəyi ilə ədalətli və möhkəm nizamlanmanın əldə edilməsinə yönəlmiş səylərini davam etdirməyə çağırırıq.